Alibaba və Baidu öz AI çiplərindən istifadə etməyə başladılar

11:43 - 12.09.2025


12 sentyabr, Fineko/abc.az. Çinin Alibaba və Baidu şirkətləri, Nvidia tərəfindən istehsal olunan çipləri qismən əvəz edərək süni intellekt modellərini öyrətmək üçün öz çiplərindən istifadə etməyə başladılar.

ABC.AZ xəbər verir ki, bu barədə Reuters dörd məlumatlı mənbəyə istinadən xəbər verir.

Bu, Çin texnologiya və süni intellekt landşaftında əhəmiyyətli bir dəyişiklikdir. Orada şirkətlər süni intellektin hazırlanması üçün əsasən güclü Nvidia prosessorlarından asılıdırlar və bu, Nvidia-nın Çindəki biznesinə daha da təsir göstərəcək.

"Bu ilin əvvəlindən Alibaba kiçik AI modelləri üçün öz çiplərindən istifadə edir, Baidu isə Kunlun P800 çipindən istifadə edərək Ernie AI modelinin yeni versiyalarını öyrətməklə sınaqdan keçirir", — deyə agentliyin həmsöhbətləri bildirirlər.

Alibaba və Baidu Reuters-in şərhinə cavab verməyiblər.