12:06 - 16.09.2026
16 Sentyabr, Fineko/abc.az. Qlobal texnologiya nəhənglərinin rəhbərləri süni intellektin (Aİ) inkişaf sürəti və onun yaratdığı təhlükəsizlik riskləri ətrafında kəskin fikir ayrılığına düşüblər. Müzakirələr "Anthropic" tədqiqatçısı Ceykob Koksonun "bu texnologiya onilliyin sonunadək bəşəriyyəti məhv edə bilər" xəbərdarlığı ilə istefa verməsi və Şirkət CEO-su Dario Amodeinin Aİ-nin inkişafını nəzarətdə saxlamağa çağıran məqaləsindən sonra yenidən alovlanıb.
Sənayenin 8 aparıcı rəhbərinin süni intellektin gələcəyi ilə bağlı əsas mövqeləri:
İlon Mask (SpaceX, Tesla): Amodeinin fikirlərini tam dəstəkləyərək süni intellektin təhlükəsizliyinin təmin olunmasının vacibliyini vurğulayıb.
Sem Altman (OpenAI): Ən qabaqcıl Sİ texnologiyalarının inkişaf sürətinə nəzarət olunması fikri ilə razılaşıb və neytral qiymətləndiricilərin cəlb ediləcəyini bildirib.
Satya Nadella (Microsoft): İnsanlığa fayda verməyən və insan nəzarətində olmayan super-intellektin yaradılmasının heç bir mənası olmadığını qeyd edib.
Klement Delanq (Hugging Face): Süni intellektin tənzimlənməsi probleminin qapalı laboratoriyalarda həll edilə bilməyəcəyini deyərək açıq təşəbbüslərə qoşulduqlarını bəyan edib.
Mark Tsukerberq (Meta): Müstəqil qiymətləndiricilərlə işləməyin əsas olduğunu bildirib və təhlükəsizlik səbəbindən "Muse" modelinin təqdimatını təxirə saldıqlarını diqqətə çatdırıb.
Censen Huanq (Nvidia): Yeni tənzimləmə və qanunlara ehtiyac olmadığını, bazar mexanizmlərinin şirkətləri təhlükəsiz yeniliklərə özünün yönəldəcəyini müdafiə edib.
Eydan Qomez (Cohere): Sİ-nin hamı üçün süni şəkildə yavaşladılmasının mövcud kommersiya üstünlüklərini qorumaqdan başqa bir işə yaramayacağını iddia edib.
Corc Kurts (CrowdStrike): İnkişafı yavaşlatmaq əvəzinə, kiber-təhlükəsizlik sistemlərinin avtonom Sİ-yə uyğunlaşdırılmasının və insan nəzarətinin vacibliyini vurğulayıb.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026