15:09 - 11.09.2025
11 sentyabr, Fineko/abc.az. Bu ilin avqust ayının 1-ə Naxçıvan Muxtar Respublikası üzrə əhalinin banklardakı əmanətlərinin məbləği milli valyuta ekvivalentində 32 milyon 752 min manat təşkil edib.
ABC.AZ xəbər verir ki, bu barədə Muxtar Respublikanın Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, bir il öncəyə nisbətən 54,4% çoxdur.
Əmanətlərin 93,2 %-i milli, 6,8 %-i xarici valyutada qoyulub, milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 51,2 %, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 2,2 dəfə artıb.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026