Mərkəzi Bank bu BOKT-u cərimələdi

16:10 - 10.09.2025


10 sentyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) "SF Azerbaijan" MMC bank olmayan kredit təşkilatının (BOKT) vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb edib.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, aparılan cari nəzarət prosesləri çərçivəsində "Bank olmayan kredit təşkilatları haqqında" qanununun 22.1-ci maddəsinin, "Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası"nın 3.3-cü bəndinin tələblərinin pozulması halları aşkarlanıb.

Nəticədə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq, "SF Azerbaijan"nın vəzifəli şəxsi 1 500 manat məbləğində cərimə edilib.