15:21 - 8.09.2025
8 sentyabr, Fineko/abc.az. Sentyabrın 11-də "Bakı Fond Birjası" QSC-də (BFB) "Birkart" MMC bank olmayan kredit təşkilatının (BOKT) 2 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
ABC.AZ Birjaya istinadən xəbər verir ki, hər birinin nominal dəyəri 100 manat olan 20 000 ədəd, yəni 2 milyon manatlıq istiqraz kütləvi təklif üsulu ilə yerləşdiriləcək və 12 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 11,5 %-dir. Faizlər aylıq ödəniləcək.
Prosesin anderrayteri "Paşa Kapital İnvestisiya Şirkəti" QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026