15:29 - 5.09.2025
5 sentyabr, Fineko/abc.az. Amerikanın süni intellekt şirkəti OpenAI 2026-cı ildə öz AI çiplərini buraxmağı planlaşdırır.
ABC.AZ bildirir ki, bu barədə Bloomberg Financial Times-a istinadən xəbər verir.
OpenAI, çipləri xarici müştərilərə təqdim etmək üçün deyil, öz ehtiyacları üçün istifadə etməyi planlaşdırır.
Broadcom-un baş icraçı direktoru Hok Tang bir gün əvvəl şirkətin müştərinin adını açıqlamadan 10 milyard dollar dəyərində AI çiplərinin istehsalı üçün sifariş aldığını bildirib. FT mənbələrinə görə, bu müştəri OpenAI-dir.