17:16 - 4.09.2025
4 sentyabr, Fineko/abc.az. Son illərdə Azərbaycanın bank sistemində süni intellekt (Sİ) alətlərinin fəal şəkildə tətbiq edilməsi kommersiya bankları üçün yeni imkanlar açır.
ABC.AZ Mərkəzi Bankın baş direktoru Şahin Mahmudzadə VIII "Astana Maliyyə Günləri" forumunun kuluarlarında bildirib.
Onun sözlərinə görə, məhz bu məqsədlə AMB rəqəmsal transformasiya üzrə yol xəritəsi və "SupTech" proqramını hazırlayıb.
"Biz Sİ-nin hansı elementlərini tətbiq etməyə hazır olub-olmadığımızı dəqiq müəyyən etməliyik. Məsələyə ağ-qara tonlarda baxmaq olmaz. Bu, təkcə Azərbaycana aid deyil - dünyada hər bir tənzimləyici kommersiya banklarına nə qədər azadlıq vermək və nə dərəcədə dərin tənzimləmə həyata keçirməklə bağlı özü qərar verməlidir", - o qeyd edib. (© Report)
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026