ARDNF-in dövlət büdcəsinə transfertləri 13,3 faiz artıb

15:31 - 2.09.2025


2 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust aylarında Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertlər 9 milyard 654 milyon manat təşkil edib.

ABC.AZ Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,3 % çoxdur.

Xatırladaq ki, bu il ARDNF büdcəyə 14 milyard 481 milyon manat vəsait köçürməlidir. Beləliklə, 8 aylıq ödəniş tam icra edilib.