Dövlət Gömrük Komitəsi ilə daxilolmalar azalıb   

14:23 - 2.09.2025


2 sentyabr, Fineko/abc.az. Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 4 160,6 milyon manat təşkil edərək proqnoza qarşı 98,1 faiz icra olunub.

ABC.AZ Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, gömrük daxilolmaları proqnozdan 1.9% az icra edilib.

Dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 424,7 milyon manat təşkil edərək proqnoza qarşı 75,6 faiz icra olunub. Müəllif: Elmir Murad