14:24 - 1.09.2025
1 sentyabr, Fineko/abc.az. Bu ilin iyul ayının sonuna Azərbaycanda rezident maliyyə institutlarının (həmçinin, statistik vahidin ödəniş kartları) emissiya etdiyi “Visa” kartları vasitəsilə əməliyyatların sayı 130,359 milyon ədəd, əməliyyatların həcmi isə 7,656 milyard manat olub.
ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bir il əvvəlki göstərici ilə müqayisədə “Visa” kartları ilə əməliyyatların sayı 28,1 milyon ədəd və ya 27,4%, “Visa” kartları ilə əməliyyatların həcmi isə 1,1 milyard manat, yaxud da 17,2% artıb.
Bundan başqa, hesabat dövründə qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi “Visa” kartları vasitəsilə əməliyyatların sayı 1,199 milyon ədəd, əməliyyatların həcmi isə 100 milyon manat olub. Ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi “Visa” kartları vasitəsilə əməliyyatların sayı 251,5 min ədəd və ya 26,5%, əməliyyatların həcmi isə 10,6 milyon manat, yaxud da 11,8% artıb.
18 Avqust 2026