14:13 - 1.09.2025
1 sentyabr, Fineko/abc.az. Bu ilin iyul ayının sonuna Azərbaycanda rezident maliyyə institutlarının (həmçinin, statistik vahidin ödəniş kartları) emissiya etdiyi “MasterCard” kartları vasitəsilə əməliyyatların sayı 78,093 milyon ədəd, əməliyyatların həcmi isə 5,162 milyard manat olub.
ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bir il əvvəlki göstərici ilə müqayisədə “MasterCard” kartları ilə əməliyyatların sayı 17,9 milyon ədəd və ya 30%, əməliyyatların həcmi isə 526,9 milyon manat, yaxud da 11,4% artıb.
Bundan başqa, hesabat dövründə qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi “MasterCard” kartları vasitəsilə əməliyyatların sayı 483,7 min ədəd, əməliyyatların həcmi isə 48,8 milyon manat olub. Ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi “MasterCard” kartları vasitəsilə əməliyyatların sayı 53,8 min ədəd və ya 10% azalıb, əməliyyatların həcmi isə 9,6 milyon manat, yaxud da 16,7% azalıb.
17 Avqust 2026
17 Avqust 2026
15 Avqust 2026