Qızıl qiymətləri, FED-in yumşaldıcı siyasət gözləntiləri fonunda 4 aylıq zirvəyə çatdı

12:01 - 1.09.2025


1 sentyabr, Fineko/abc.az. Bazar ertəsi Asiya ticarətində qızılın qiymətləri dörd aydan artıq müddətin ən yüksək həddinə qalxıb. Bu artım ABŞ Federal Ehtiyat Sisteminin bu ay faiz dərəcəsini endirəcəyi ümidləri ilə dəstəklənib. Eyni zamanda, FED-in müstəqilliyi ilə bağlı narahatlıqlar və ABŞ tariflərinə dair qeyri-müəyyənliklər qızılı etibarlı sığınacaq kimi tələbini artırıb.

ABC.AZ xəbər verir ki, spot qızıl, aprel ayının ortalarından etibarən ən yüksək həddə — unsiya başına 0,9% artaraq 3,480,56 dollara yüksəlib. Qızılın dekabr fyuçersləri Bakı vaxtı ilə saat 09:55-də  1% artaraq unsiya başına $3 551,82-a yüksəlib.

Qızıl qiymətləri avqust ayında təxminən 5% sıçrayışdan sonra ardıcıl beşinci gün artım nümayiş etdirib.

Digər metal bazarlarında gümüşün qiyməti 14 illik maksimuma çatıb.