Ötən il istehsal olunan ayaqqabının 458 min cütü Bakının payına düşüb

15:22 - 29.08.2025


29 avqust, Fineko/abc.az. 2024-cü ildə Azərbaycanda istehsal olunan ayaqqabının 458 min cütü Bakının payına düşüb.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2023-cü ilə nisbətən Bakıda istehsal 144,5 min cüt və ya 46 %, 2020-ci ilin göstərici ilə müqayisədə isə 172,4 min cüt və ya 60,3 % artıb.

Bununla yanaşı Abşeron rayonunda 81 min cüt (1 il əvvələ nisbətən 57 % az, son 5 ildə - 3,6 % çox), Quba rayonunda 433,7 min cüt (+75 % və +3,3 dəfə), Ağdam rayonunda 112 min cüt (əvvəlki il istehsal olmayıb, son 5 ildə 20 dəfə artıb), Naxçıvan Muxtar Respublikasında 0,2 min cüt (əvvəlki il istehsal olmayıb, son 5 ildə 99,5 % azalıb), digər rayonlarda 1,5 min cüt (+25 % və -83 %) ayaqqabı istehsal edilib.