12:17 - 29.08.2025
29 avqust, Fineko/abc.az. 2025-ci ilin yanvar–iyul aylarında bankların kredit portfeli 0.1% artaraq 28 milyard 498 milyon manata çatıb.
ABC.AZ xəbər verir ki, kredit portfelinin 52.8%-i biznes kreditləri (15 milyard 056 milyon manat), 31.6%-i istehlak kreditləri (9 milyard 002 milyon manat) və 15.6%-i ipoteka kreditləri (4 milyard 440 milyon manat) təşkil edib. Kreditlərin 85.8%-i milli valyutada, 14.2%-i isə xarici valyutada verilib.
Bankların öhdəliklərinin 75.3%-i depozitlərdən ibarətdir ki, bunun 58.8%-i hüquqi şəxslərin (21 milyard 537 milyon manat), 41.2%-i fiziki şəxslərin (15 milyard 114 milyon manat) payına düşür.
Fiziki şəxslərin əmanətlərinin 67.2%-i milli valyutada (10 milyard 159 milyon manat), 32.8%-i isə xarici valyutadadır (4 milyard 955 milyon manat).
İyul ayında müddətli əmanətlər 1.2% artaraq 111.8 milyon manat, tələbli əmanətlər isə 1% azalaraq 58.7 milyon manat olub.
17 Avqust 2026
17 Avqust 2026
15 Avqust 2026