Yeddi ayda banklar 683 milyon manat xalis mənfəət qazanıblar

11:59 - 29.08.2025


29 avqust, Fineko/abc.az. 2025-ci ilin yanvar–iyul aylarında Azərbaycanda fəaliyyət göstərən banklar 683 milyon manat xalis mənfəət qazanıblar.

ABC.AZ xəbər verir ki, bu da Mərkəzi Bankın ötən il təqdim etdiyi 682.8 mln. manatlıq mənfəətə bərabərdir.

Eyni dövrdə banklar 1 milyard 086 milyon manat əməliyyat mənfəəti əldə edib və ümumilikdə 166 milyon manat məbləğində mənfəət vergisi ödənilib.

31 iyul 2025-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən 22 bankın cəmi aktivləri 55 milyard 700 milyon manat, öhdəlikləri 48 milyard 690 milyon manat, balans kapitalı isə 7 milyard 10 milyon manat təşkil edib. Son bir ayda bank aktivləri 2% azalıb; iyulun əvvəlində aktivlər 56 milyard 734 milyon manat səviyyəsində olub.