15:39 - 28.08.2025
28 avqust, Fineko/abc.az. Türkiyə Mərkəzi Bankının pul siyasəti ilə bağlı qərarlar inflyasiyanın dinamikası nəzərə alınmaqla bundan sonra da qəbul ediləcək.
ABC.AZ xəbər verir ki, bu barədə Daily Sabah tənzimləyici rəhbəri Fatih Karahanın açıqlamalarına istinadən yazır.
Bununla yanaşı, o, faiz dərəcələri ilə bağlı növbəti addımların ehtiyatla və vəziyyətdən asılı olaraq atılacağını vurğulayıb.
Ankarada keçirilən tədbirdə çıxış edən Fatih Karahan, sərt pul siyasətinin qiymət sabitliyinə çatana qədər davam edəcəyini deyib. O qeyd edib ki, tələb balansının bərpası, türk lirəsinin real güclənməsi və inflyasiya gözləntilərinin yaxşılaşması ilə dəstəklənən bu mövqe ölkənin dezinflyasiya yoluna kömək edəcək.
O əlavə edib ki, fiskal siyasətlə koordinasiya da bu prosesə kömək edəcək.
Keçən ay Mərkəzi Bank 2025-ci ildə inflyasiyanın 25%-dən 29%-ə qədər olacağını proqnozlaşdırdığını bildrimişdi. Eyni zamanda, bankın hesablamalarına görə, gələn ilin sonuna inflyasiya 16%-ə, 2027-ci ilin sonuna isə 9%-ə enməlidir.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026