Ethereumun dəyəri FED siqnallarından sonra rekord 4 956 dollara çatdı

10:57 - 25.08.2025


25 avqust, Fineko/abc.az. İkinci ən populyar kriptovalyuta olan Ethereumun dəyəri 4 950 dolları keçərək tarixi maksimumu yeniləyib. Bu, avqustun 24-də baş verib, deyə tender məlumatlarından irəli gəlir.

ABC.AZ xəbər verir ki, ən yuxrı həddə Ethereum 4.956.78 dollara yüksəlib. Bloomberg-in yazdığına görə, Ethereumun qiymət artımı Federal ehtiyat Sisteminin (FED) sədri Cerom Pauellin Cekson Hole-da faiz dərəcələrinin aşağı düşməsinə işarə edən çıxışından sonra baş verib.

Ethereumun əvvəlki maksimumu 10 noyabr 2021-ci ildə token başına 4.868 dollar səviyyəsində təyin edilmişdi.
25 avqust, bazar ertəsi günü Ethereumun dəyəri azalmağa başlayıb. Bakı vaxtı ilə saat 10:08-ə olan məlumata görə, kriptovalyuta 1,97% azalaraq, 4 686,8 dollar təşkil edib.