OpenAI Hindistanda ilk ofisini açacaq

10:20 - 22.08.2025


22 avqust, Fineko/abc.az. OpenAI Yeni Delhidə ofis açmağı planlaşdırır. Dəqiq açılış tarixləri deyilmir, lakin şirkət bunu bir neçə ay ərzində həyata keçirəcəyini gözləyir.

ABC.AZ xəbər verir ki, bu planlar çərçivəsində OpenAI işçiləri işə götürməyi planlaşdırır. Hal-hazırda OpenAI-də Hindistanda yalnız bir işçi çalışır — Pragya Misra. 

Nəşr qeyd edir ki, Hindistan istifadəçi sayına görə ChatGPT üçün ikinci ən iri bazardır. Bu həftənin əvvəlində şirkət yeni istifadəçiləri cəlb etmək üçün ayda 5 dollardan az olan daha sərfəli aylıq plan işə salmışdı.