14:27 - 20.08.2025
20 avqust, Fineko/abc.az. Çinin internet nəhəngi Baidu-nun xalis mənfəəti 2025-ci ilin 2-ci rübündə ötən ilin nisbi analoji dövrünün 33% artaraq 7,32 milyard yuan təşkil edib.
ABC.AZ xəbər verir ki, bu barədə Bloomberg şirkətin hesabatlarına istinadən xəbər verir.
Hesabat rübündə Baidu gəlirləri 4% azalaraq 32,71 milyard yuan təşkil edib. Analitiklər orta hesabla xalis gəlirin 3,7 milyard yuan, gəlirin isə 32,74 milyard yuan olacağını proqnozlaşdırırdılar.
Nəşrin yazdığına görə, Baidu-nun gəliri süni intellekt (AI) modelləri ətrafında artan rəqabət fonunda düşüb. Bloomberg Intelligence-in baş analitiki Robert Linin sözlərinə görə, Baidu-nu çətin gələcək gözləyir, çünki onun AI layihələri ən azı növbəti üç il ərzində zərərlə qarşılaşacaq.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026