11:57 - 20.08.2025
20 avqust, Fineko/abc.az. Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi yeni elektriklə işləyən avtobuslar sifariş edəcək.
ABC.AZ quruma istinadla xəbər verir ki, 20-25 nəfər üçün nəzərdə tutulan sözügedən nəqliyyat vasitəsindən ümumilikdə 20 ədəd alınması planlaşdırılıb.
Nəqliyyat vasitələrinin 2024-2025-ci il istehsallı olması isə əsas şərtlərdəndir. Belə ki, agentlik artıq bununla bağlı müvafiq işlərə başlayıb.
Eyni zamanda agentlik avtobusların satınalınmasının 4,9 milyon manata başa gələcəyini proqonozlaşdırıb.