Hyundai Motor avtomobil satışlarının azalması fonunda mənfəətini itirib

15:01 - 23.07.2026


23 iyul, Fineko/abc.az. Hyundai Motor-un 2026-cı ilin I yarısında xalis mənfəəti 21,1% azalaraq 4,856 trln vona ($3,3 mlrd) düşüb.

Məlumata görə, şirkətin gəlirləri 2,7% artaraq 95,15 trln vona çatıb, lakin əməliyyat mənfəəti 25,8% azalaraq 5,37 trln vona enib.

II rübdə mənfəət 15,9% azalıb, avtomobil satışları isə 13,5% geriləyərək 992 min ədəd təşkil edib. Şirkət nəticələrə təzyiq göstərən amillər kimi elektromobil bazarında artan rəqabəti və gömrük rüsumları ilə bağlı xərcləri göstərib.