Nikol Paşinyan: Ermənistan dəmir yollarına görə Rusiyadan 2 mlrd dollara qədər tələb edə bilər

20:48 - 31.07.2026


31 iyul, Fineko/abc.az. Ermənistanın Baş naziri Nikol Paşinyan dəmir yolu infrastrukturundan istifadəyə görə Rusiyadan kompensasiya tələbi ilə arbitraja müraciət edə biləcəklərini bildirib. Söhbət illik 2 mlrd dollara qədər məbləğdən gedir.

Məlumata görə, söhbət 2038-ci ilə qədər konsessiya əsasında Cənubi Qafqaz Dəmir Yolu (Rusiya Dəmir Yolları-nın törəmə strukturu) tərəfindən idarə olunan dəmir yolu şəbəkəsindən gedir.

İrəvan şərtlərə yenidən baxılmasını tələb edir və tranzit potensialından daha fəal istifadə etməyi planlaşdırır ki, bu da Moskva ilə münasibətlərin gərginləşməsini göstərir.