Azərbaycanda orta illik inflyasiya gözləntisi 5,4 faizə yüksəlib

17:46 - 19.08.2025


19 avqust, Fineko/abc.az. Azərbaycanda bu il orta illik inflyasiya üzrə ilkin proqnoz 4,6 %, yeniləmiş proqnoz isə 5,1 % nəzərdə tutulsa da, bu ay təqdim edilmiş proqnoza əsasən inflyasiya 5,4 % gözlənilir.

Bu barədə ABC.AZ  Maliyyə Nazirliyinin məlumatına istinadla xəbər verir.

Qeyd olunur ki, buraya cari ilin ötən dövründə faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə və ərzaq qiymətləri və bunun idxal qiymətlərinə təsiri, həmçinin tənzimlənən mal və xidmət tariflərindəki dəyişikliklər və sair digər amillər təsir edib.