14:23 - 19.08.2025
19 avqust, Fineko/abc.az. Cari yanvar-iyul aylarında Azərbaycanda külək elektrik stansiyalarında (KES) 27,5 milyon kVt-saat elektrik enerjisi istehsal edilib.
Dövlət Statistika Komitəsindən ABC.AZ-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,3 milyon kVt-saat və ya 18,6% azdır.
Eyni zamanda, hesabat dövründə ölkədə günəş elektrik stansiyalarında 334,2 milyon kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da ötən ili ilk yeddi ayındakı göstərici ilə müqayisədə 38,7 milyon kVt-saat və yaxud 13,1% artım deməkdir.
Qeyd edək ki, Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2025-сi ilin yanvar-iyul aylarında 1995,4 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.
Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 370,9 milyon manat təşkil edib.
10 Avqust 2026