Cari ildə Azərbaycanda 2292 ədəd minik avtomobili istehsal olunub

11:19 - 18.08.2025


18 avqust, Fineko/abc.az. Cari ilin yeddi aylarında Azərbaycanda 2292 ədəd minik avtomobili, 190 ədəd isə yük avtomobili istehsal edilib.

Bu barədə ABC.AZ Dövlət Statistika Komitəsinə istinadla xəbər verir.

Qeyd edilir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə minik avtomobili istehsalı 9.2%, yük avtomobili istehsalı isə 34.5% azalıb.

Həmçinin, cari ilin avqust ayının 1-i vəziyyətinə hazır məhsul ehtiyatı müvafiq olaraq 47 ədəd minik, 37 ədəd isə yük avtomobili təşkil edib.

Hesabat dövründə ölkədə 309 ədəd traktor istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12.2% azdır.