16:47 - 13.08.2025
13 avqust, Fineko/abc.az. Cari ilin I yarısında Azərbaycanda kommersiya banklarının 1 ABŞ dolları üçün gündəlik ortalama alış məzənnəsi rəsmi məzənnədən 0.27%, satış məzənnəsi isə 0.13% fərqli olub.
ABC.AZ Mərkəzi Bankın məlumatına istinadla xəbər verir ki, Azərbaycan bankları ABŞ dollarını orta hesabla 1,6954 manatdan alıb, 1,7022 manata satıb. Banklar hər 100 dolların alqı-satqısından 68 qəpik gəlir əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4.2% azdır.
Qeyd edək ki, ötən ilin müvafiq dövründə kommersiya banklarının orta hesabla günlük alış məzənnəsi 1 ABŞ dollarına nəzərən 1.6950 manat, satış məzənnəsi isə 1.7021 manat təşkil edib.
14 Avqust 2026
14 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026