11:13 - 28.07.2025
28 iyul, Fineko/abc.az. Bu ilin iyul ayının 1-nə kimi Azərbaycanda milli valyutada yeni verilmiş kreditlər üzrə orta illik faiz dərəcəsi məlum olub.
ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, yeni verilmiş kreditlər üzrə orta illik faiz dərəcəsi 18.45% təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.42 faiz artım deməkdir.
Cari ilin iyul ayının 1-nə ölkədə xarici valyuta ilə yeni verilmiş kreditlər üzrə orta faiz dərəcəsi 6.35% təşkil edib ki, ötən ilin eyni dövrü ilə müqayisədə 0.43 faiz çoxdur.
18 Avqust 2026