Böyük Britaniya Rusiya, BƏƏ və Çin arasında kriptovalyuta köçürmələrinə nəzarəti gücləndirib

16:29 - 25.07.2025


25 iyul, Fineko/abc.az. Böyük Britaniya Rusiya, BƏƏ və Çin arasında kriptovalyuta köçürmələrinin geniş miqyaslı yoxlamalarına başlayıb.

ABC.AZ xəbər verir ki, Böyük Britaniyanın milli Cinayətkarlıqla Mübarizə Agentliyi (NCA) maliyyə şirkətlərini qanunsuz kriptoaktiv əməliyyatların müəyyənləşdirilməsində səmərəliliyi artırmaq üçün hüquq-mühafizə orqanları ilə məlumatları daha fəal şəkildə bölüşməyə çağırıb.

Maliyyə Nəzarəti İdarəsi (FCA) ilə əməkdaşlıq edərək, Agentlik dövlət və özəl qurumları kriptovalyutalarla əlaqəli risklər — ilk növbədə bitkoin və ethereum haqqında məlumatlılığı artırmaq üçün birgə kampaniyalara başlamağa çağırıb. Agentliyin məlumatına görə, hər il ölkədə 130 milyard dollardan çox pul yuyulur, cinayətkar şəbəkələrin gəliri isə 15,6 milyard dollara çatır.