16:21 - 25.07.2025
25 iyul, Fineko/abc.az. Bu ilin I yarısında Azərbaycanda mənzil təmiri ilə bağlı olan istehlak kreditlərinin orta faiz dərəcəsi 1 faiz bəndi artaraq 17 %-ə çatıb.
ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, yanvar-iyun aylarında məişət avadanlıqlarının alınması üçün verilən istehlak kreditlərinin orta faiz dərəcəsi 1 faiz bəndi artaraq 26 %-ə, avtomobil kreditlərinin orta faiz dərəcəsi isə 2 faiz bəndi artaraq 12 %-ə çatıb.
Hesabat dövründə kredit kartı vasitəsilə milli valyutada verilən istehlak kreditləri üzrə orta faiz dərəcəsi 1 % bəndi azalaraq 25 % təşkil edib.
2025-ci ilin iyun ayının sonuna milli valyutada verilən digər istehlak kreditləri üzrə orta faiz dərəcəsi 2024-cü ilin dekabr ayına olan göstərici ilə müqayisədə 1 faiz bəndi artaraq 21 %-ə çatıb. (Report)
18 Avqust 2026