Kredit ittifaqlarının zərəri azalıb, ya artıb?

12:10 - 25.07.2025


25 iyul, Fineko/abc.az. Azərbaycandakı kredit ittifaqları bu ilin yanvar-iyun aylarını 0.03 milyon manat zərərlə başa vurub.

Ötən ilin eyni dövründə kredit ittifaqları 0.72 milyon manat zərərlə başa vurmuşdur ki, bu da illik müqayisədə 24 dəfə azdır.

ABC.AZ Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, yanvar-iyun aylarında kredit ittifaqlarının gəlirləri 1.03 milyon manat, faiz xərcləri 0.04 milyon manat, xüsusi ehtiyatlara ayırmaları isə 0.54 milyon manat təşkil edib.

Bu il aprelin 1-nə kredit ittifaqlarının aktivləri 12.7 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 2.4% çoxdur. Bunun 10.9 milyon manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, illik müqayisədə kredit ittifaqlarının kredit portfeli 9.3% böyüyüb.