Gürcüstan xarici fərdi sahibkarlar üçün qaydaları sərtləşdirir: xüsusi iş icazəsi tələb olunacaq — Tarix

10:19 - 1.07.2025


1 iyul, Fineko/abc.az. Gürcüstanda, ölkədə yaşamayan və xüsusi icazə almayan fərdi sahibkarlar üçün 1% vergi sxemi ləğv olunacaq. Gürcüstan parlamenti yaşayış icazəsi olmayan xarici vətəndaşlar üçün məşğulluq qaydalarını sərtləşdirən düzəlişlər qəbul edib.

ABC.AZ xəbər verir ki,1 mart 2026-cı il tarixindən etibarən Gürcüstanda muzdla və ya özlərinə işləyən bütün əcnəbilər (fərdi sahibkarlar da daxil olmaqla) əmək fəaliyyəti üçün xüsusi icazə almalıdırlar.

Əgər izacə olmazsa, 2000 lari cərimə tətbiq olunacaq, təkrar pozuntular cərimələrin ikiqat və üç dəfə artmasına səbəb olacaq.

Əcnəbilər üçün artıq iki mərhələli proses olacaq: əvvəlcə iş icazəsi, sonra müvafiq yaşayış icazəsi və ya viza alınacaq. Yerli hüquqşünasların sözlərinə görə, bəzi hallarda icazənin ləğvi üçün əsas hətta altı aydan çox müddətə Gürcüstan hüdudlarından kənara çıxmaq ola bilər.