12:04 - 12.06.2025
12 İyun, Fineko/abc.az. Əmək hüquqlarının pozulması hallarına qarşı mübarizə davam etdirilir.
“Billur Firması” MMC tərəfindən işçinin əmək hüquqlarının pozulması faktı ilə bağlı Tovuz rayon prokurorluğunda araşdırma aparılıb.
Baş Prokurorluqdan ABC.AZ-a verilən məlumata görə, araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən (bağlanmadan) şəxsin Tovuz rayonu ərazisində yerləşən “Billur Petrol” yanacaq doldurma məntəqəsində operator vəzifəsində işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.
3 Avqust 2026
4 Avqust 2026