Alman polisi Deutsche Bankın ofislərində çirkli pulların yuyulması ilə bağlı axtarış aparıb

17:18 - 28.01.2026


28 yanvar, Fineko/abc.az. Alman federal polisi, Deutsche Bank-ın Frankfurt və Berlindəki ofislərində, çərşənbə günü səhər çirkli pulların yuyulması ilə bağlı istintaq çərçivəsində axtarış aparıb.

ABC.AZ xəbər verir ki, əməliyyat həm bank işçilərinə, həm də adı açıqlanmayan digər şəxslərə yönəldilib, deyə Spiegel bildirir. Nəşr, istintaqın mahiyyəti barədə məlumat mənbəyi kimi prokurorlara istinad edir.

Səlahiyyətlilər hələ araşdırılan konkret ittihamların təfərrüatlarını açıqlamayıblar.