12:14 - 7.04.2026
7 aprel, Fineko/abc.az. Abşeron rayonu Xırdalan şəhərində faciəvi hadisə baş verib.
ABC.AZ xəbər verir ki, aprelin 6-da saat 10 radələrində 2007-ci il təvəllüdlü Esmira İsayeva yaşadığı “AAAF Park” yaşayış sahəsindəki 12 mərtəbəli binanın 7-ci mərtəbəsindəki mənzilin pəncərəsindən yıxılıb. O, hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, bu “AAAF Park”da baş vermiş ilk belə hadisə deyil. Belə ki, bundan əvvəl də adıçəkilən yaşayış kompleksində buna bənzər faciəvi hadisələr yaşanıb. Bu isə insanlarda “AAAF Park”da təhlükəsizlik qaydalarına ya riayət edilmədiyi, ya da lazımı səviyyədə olmadığı qənaətini yaradır.
Müəllif: Elmir Muradov