14:11 - 6.02.2026
6 fevral, Fineko/abc.az. Elektron Təhlükəsizlik Xidməti (Milli CERT) steqanoqrafiya texnikalarından istifadə edərək dövlət və bank sektorunu hədəfləyən hücum cəhdi araşdırıb.
ABC.AZ xəbər verir ki, bu barədə Xidmətdən bildirilib.
Məlumata görə, təhlil nəticəsində hücum ssenarisində steqanoqrafiya metodlarından istifadə edilməklə, zərərli komponentlər legitim görünən fayllar daxilində gizlədildiyi müəyyən edilib. İstifadəçi tərəfindən fayl açıldığı halda isə “Remcos RAT” tipli zərərli proqram təminatının yüklənməsi və sistem üzərində tam uzaqdan idarəetmənin əldə olunması riski yaranıb.
Hücuma dair texniki indikatorlar (IOC-lar) misp.cert.az platformasına əlavə edilib.
28 İyul 2026
28 İyul 2026
27 İyul 2026