16:20 - 4.06.2025
4 iyun, Fineko/abc.az. Pprezident Donald Trampın tətbiq etdiyi rüsumlar Amerika istehsalçılarının ixrac sifarişlərinin və işgüzar fəallığının azalmasına səbəb olub. Bəzi şirkətlər vəziyyəti 2020-ci ilin pandemiya böhranı ilə müqayisə edirlər.
ABC.AZ xəbər verir ki, may ayında ixrac sifariş indeksi COVID-19-dan bəri ən aşağı səviyyəyə düşüb və ardıcıl üçüncü ay azalmağa davam edir. İstehsalçılar tədarükün kəsilməsindən və tarif siyasətinin yaratdığı qeyri-müəyyənlikdən şikayətlənirlər. Sənayedə işgüzar fəaliyyət indeksi də azalıb (48,5%-ə qədər).
Əlavə qeyri-sabitlik rüsumların qanuniliyi ətrafında məhkəmə mübarizəsindən yaranır. Belə ki, onlardan bəziləri qanunsuz hesab edilmişdi, lakin tezliklə yenidən bərpa edildi.