09:25 - 3.06.2025
3 iyun, Fineko/abc.az. Çərşənbə axşamı baş tutan ticarətdə etalon markaların qiyməti artmağa davam edir.
Brent markalı neftin avqust fyuçersləri ICE Futures birjasında saat 09:20-ə olan məlumata görə $0,20 (0,31%) artaraq bir barelə $64,83-a yüksəlib. İyunun 2–də keçirilən hərracların nəticələrinə görə, Brent neftinin avqust fyuçersləri $1,85 (2,95%) artaraq bir barelə $64,63-a çatıb.
Saat 09:20-ə olan məlumata görə, NYMEX əmtəə birjasının ticarətində WTI neftinin iyul fyuçersləri $0,26 (0,42%) artaraq bir barelə $62,78-a yüksəlib. İyunun 2–də keçirilən hərracların nəticələrinə görə, WTI neftinin iyul fyuçersləri $1,73 (2,85%) artaraq bir barelə $62,52-a çatıb.
10 Avqust 2026