11:31 - 27.05.2025
27 may, Fineko/abc.az. 2024-cü ildə Azərbaycanda dövlət büdcəsinin xarici valyutada daxilolmaları və pul baratları üzrə müsbət saldo azalıb, bu isə xarici valyutaya tələbin artmasına səbəb olub.
ABC.AZ xəbər verir ki, bu barədə Hesablama Palatasının “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə verdiyi rəydə bildirilir.
Sənədə əsasən, daxili tələb amillərinin aktivləşməsi ilə hərraclarda valyutaya tələb yüksəlib, fiskal əməliyyatların likvidliyə təsirləri sterilizasiya əməliyyatlarının azaldılmasını şərtləndirib. Ötən il keçirilmiş 95 valyuta hərracında 7 milyard 169,1 milyon ABŞ dolları satılıb, bu məbləğ əvvəlki ilə nisbətən 1,8 dəfə çox olub. Hərraclar üzrə orta tələb əvvəlki ildə qeydə alınmış 40,4 ABŞ dollarından 75,5 ABŞ dollarına yüksəlib. Valyutaya tələbin artmasına əsasən fiskal stimullar fonunda idxal həcminin yüksəlməsi təsir edib. Əvvəlki illə müqayisədə satışın artması həm də aşağı baza effektindən təsirlənib. Belə ki, Dövlət Neft Fondundan (ARDNF) transfertlərinin təxminən yarısı hərraca çıxarılmadan birbaşa xarici valyutada dövlət büdcəsinə köçürülüb. Xarici valyutaya tələbin artmasına dövlət büdcəsinin xarici valyutada daxilolmalarının (neft-qaz sektoru üzrə podratçı tərəflərin mənfəət vergisi 34,4 % azalıb) və pul baratları üzrə müsbət saldonun (pul baratları üzrə müsbət saldo 49,7 % azalıb) azalması da öz təsirini ötürüb.
18 Avqust 2026