14:18 - 22.05.2025
22 may, Fineko/abc.az. Böyük Britaniyanın Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan “Anglo Asian Mining Plc.” (AAM) şirkəti bu ilin ikinci yarısında Qarabağ iqtisadi rayonunda yerləşən “Dəmirli” mis-molibden yatağında hasilata başlamağı planlaşdırır.
ABC.AZ xəbər verir ki, bu barədə şirkətdən bildirilir.
“AAM 2024-cü ildə əhəmiyyətli potensiala malik olan “Dəmirli” yatağına çıxış əldə edib və hazırda hasilatın bərpası üzərində işləyir. Yataq 2025-ci ilin ikinci yarısında istismara veriləcək və artıq AAM-in strateji inkişaf planına daxil edilib”, – şirkətin məlumatında bildirilib.
Məlumata görə, “Dəmirli”də mis ehtiyatları aşkar edilib və bu ehtiyatlar hasilatın bərpasını əsaslandırmaq üçün kifayətdir.
“İşin bərpası üçün mədən və zavodun tam işlək vəziyyətə gətirilməsi, müxtəlif texniki və logistik problemlərin həll edilməsi lazımdır. “Dəmirli” qəsdən zədələnmiş, tərk edilmiş bir sahədir və gözlənildiyi kimi, müəyyən çətinliklər yaranır. Bununla belə, AAM əmindir ki, hasilat gələn ilin ikinci yarısında bərpa edilə bilər”, – AAM qeyd edir.
14 Avqust 2026
14 Avqust 2026
14 Avqust 2026
11 Avqust 2026
12 Avqust 2026