17:21 - 21.05.2025
21 may, Fineko/abc.az. Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin(MDM) və Qazaxıstan Fond Birjasının (Kazakhstan Stock Exchange – KASE) rəhbər heyəti arasında rəsmi görüş keçirilib.
ABC.AZ quruma istinadla xəbər verir ki, tərəflər arasında keçirilən görüş çərçivəsində Milli Depozit Mərkəzinin fəaliyyəti, kapital bazarlarının inkişafı və müvafiq infrastrukturun təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar barədə ətraflı məlumat təqdim olunub.
Görüş zamanı əməkdaşlıq perspektivləri, birgə təşəbbüslər və qarşılıqlı təcrübə mübadiləsi imkanları müzakirə edilib.
17 Avqust 2026
17 Avqust 2026
15 Avqust 2026