11:16 - 21.05.2025
21 may, Fineko/abc.az. TRUMP kriptovalyutası, ticarətin başlandığı gündən ABŞ prezidenti Donald Tramp və müttəfiqlərinə təxminən 325 milyon dollar gəlir gətirib.
ABC.AZ xəbər verir ki, məlumata görə, son iki gündə Trampa 900 min dollar komissiya daxil olub. Bundan əvvəl elan edilmişdir ki, TRUMP kriptovalyutasının 200 ən iri sahibi mayın 22-də Vaşinqtonda, Trampın Qolf Klubunda keçiriləcək şam yeməyinə dəvət olunacaq.
Prezidentlə şam yeməyindən bir gün sonra 25 ən iri kriptovalyuta sahibi Tramp ilə VIP görüşə layiq görüləcəklər. Sonra onlar Ağ Evə ekskursiya edəcəklər.
Elan TRUMP kriptovalyutasının bazar dəyərinin 50% artmasına səbəb olub və o, 2,7 milyard dollara çatıb.
17 Avqust 2026
17 Avqust 2026
15 Avqust 2026