17:29 - 20.05.2025
20 may, Fineko/abc.az. 2025-ci ilin yanvar-aprel ayında Azərbaycandan dəyəri 17 milyon 7 min dollar həcmində 262 min 22 ton sement ixrac edilib.
ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 3 milyon 552 min dollar və ya 26,4%, miqdar ifadəsində isə 39 min 514 ton, başqa sözlə, 17,8% artıb.
Xatırladaq ki, 2024-cü ilin yanvar-aprel aylarında isə Azərbaycandan 13 milyon 456 min dollar dəyərində 222 min 507 ton sement ixrac edilmişdi.
Qeyd edək ötən il əzində ixrac edilən sementin 1 kiloqramının orta ixrac dəyəri 11 qəpik olub. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 10 qəpik idi. Bu da illik müqayisədə 1 qəpik və ya 73 % artım deməkdir.
Bu il ümumi ixracının 0,19%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 1,59%-ü sementin payına düşüb.
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026