10:28 - 15.05.2025
15 may, Fineko/abc.az. İtaliyanın enerji şirkəti Eni (ENI) bərpa olunan enerji və pərakəndə satış sahəsində fəaliyyət göstərən törəmə şirkəti Plenitude-dəki 20% səhminin satışı ilə bağlı Ares Alternative Credit Management şirkəti ilə eksklüziv danışıqlara başlayıb.
ABC.AZ xəbər verir ki, bu barədə enerji qrupu cümə axşamı bəyanat yayıb.
Danışıqlar Plenitude şirkətinin səhmdar kapitalının 9,8 milyard avrodan 10,2 milyard avroyadək qiymətləndirilməsi ətrafında cəmlənib.
Bu qiymətləndirmə şirkətin ümumi dəyərinin 12 milyard avrodan çox və ya təxminən 13,4 milyard dollar olduğunu göstərir.
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026