Neft ucuzlaşır, Brent bir barel üçün $66,22 təşkil edir

09:31 - 14.05.2025


14 may, Fineko/abc.az. Çərşənbə günü keçirilən hərraclarda etalon markaların qiyməti aşağı düşür.

Brent markalı neft fyuçerslərinin iyul ayı üçün ICE Futures birjasında qiyməti saat 09:25-də $0,41 (0,62%), bir barelə $66,22-a düşüb. Mayın 13 – də keçirilən hərracların nəticələrinə görə, iyul ayında Brent neft fyuçersləri $1,67 (2,57%) artaraq bir barel üçün $66,63-a çatıb.

Saat 09:25-də NYMEX əmtəə birjasının ticarətində WTI neftinin iyun fyuçerslərinin qiyməti $0,39 (0,61%) azalaraq bir barelə $63,28-a düşüb. Mayın 13 – də aparılan hərracların nəticələrinə görə, WTI neftinin iyun fyuçersləri $1,72 (2,78%) artaraq bir barelə $63,67-a çatıb.