16:52 - 13.05.2025
13 may, Fineko/abc.az. Özbəkistanda dövlət istiqrazları ilə təmin edilmiş HUMO tokeninin işə salınması üzrə pilot layihənin həyata keçirilməsi planlaşdırılır.
ABC.AZ humocard.uz məlumatına istinadən xəbər verir ki, HUMO tokeni dövlət istiqrazları ilə təmin ediləcək, bu da təminatlı tokenin dayanıqlığını təmin edəcək və dəyərindəki dalğalanmaları korrektə edəcək.
Layihənin əsas iştirakçısı Özbəkistanın maliyyə sektorunun rəqəmsal transformasiyasının əsas drayverlərindən biri olan HUMO ödəmə sistemidir.
Layihənin iki texnologiya – EVM və TVM əsasında həyata keçirilməsi planlaşdırılır.
17 Avqust 2026
17 Avqust 2026
15 Avqust 2026