15:07 - 13.05.2025
13 may, Fineko/abc.az. Azərbaycan Respublikası Auditorlar Palatası iki iki audit şirkətinə müvafiq sahə üçün yeni müddətli lisenziyalar verilib.
ABC.AZ xəbər veri ki, “Financial Support Center” MMC-yə 07 may 2025-ci il tarixindən 07 may 2030-cu il tarixinədək qüvvədə olmaqla AT/341 saylı auditor sertifikatı təqdim edilib. Cəmiyyətin direktoru Cəbrayılov Muxtar Cəbrayıl oğludur.
Eyni zamanda “Pro Audit” MMC-yə də 12 may 2025-ci il tarixindən 12 may 2030-cu il tarixinədək qüvvədə olan AT/342 saylı lisenziya verilib. Şirkətin direktoru Hüseynzadə Dəyanət Telman oğludur. Onun şəxsi auditor sertifikatı isə SA/520 nömrəsi ilə 25 aprel 2023-cü ildən 25 aprel 2028-ci ilədək etibarlıdır.
17 Avqust 2026
17 Avqust 2026
15 Avqust 2026