13:58 - 7.05.2025
7 may, Fineko/abc.az. Azərbaycan bank sektorunda aparılan islahatlarla Qazaxıstan və Ermənistanla yanaşı, regionun (Qafqaz və Mərkəzi Asiya) ən irəlidə olan ölkələrindən biridir.
ABC.AZ xəbər verir ki, bu barədə "S&P Global Ratings" beynəlxalq reytinq agentliyindən bildirilib. Burada islahatların iki əsas istiqaməti önə çəkilir.
Birinci istiqamət tənzimləmə və nəzarət mexanizmlərinin təkmilləşdirilməsidir.
Bildirilir ki, Azərbaycan bank sektorunda şəffaflığın artırılması, kapital adekvatlığının təmin olunması və institusional dayanıqlığın gücləndirilməsi məqsədilə mühüm addımlar atır.
Bu islahatlar tənzimləyici orqanların effektivliyini artırmaqla yanaşı, maliyyə sabitliyinin qorunmasına da xidmət edir.
17 Avqust 2026
17 Avqust 2026
15 Avqust 2026