Mərkəzi Bank sədrinin müşaviri Qara Dəniz Ticarət və İnkişaf Bankının vitse-prezidenti təyin edilib

11:09 - 7.05.2025


7 may, Fineko/abc.az.  Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti sədrinin müşaviri Ziya Zəfər oğlu Əliyev vəzifəsindən ayrılıb.

ABC.AZ xəbər verir ki, o, Qara Dəniz Ticarət və İnkişaf Bankının vitse-prezidenti təyin edilib.

Ziya Əliyev bundan əvvəl AMB-nin baş direktoru vəzifəsini tutub.