Qırğızıstan qızılla təmin olunan steyblkoin istifadəyə verəcək

15:57 - 5.05.2025


5 may, Fineko/abc.az. Qırğızıstan bu ilin üçüncü rübündə ABŞ dollarına indekslənmiş və qızılla təmin olunan USDKG adlı steyblkoinin istifadəyə verilməsini planlaşdırır.

ABC.AZ xəbər verir ki, layihə ölkənin Maliyyə Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Nazirlik ilkin olaraq aktivin təminatı üçün 500 milyon dollar ayıracaq, gələcəkdə bu məbləğ 2 milyard dollara qədər artırılacaq. Ehtiyatlar müstəqil auditdən keçiriləcək.

İlkin mərhələdə USDKG steyblkoini sərhədlərarası pul köçürmələri və Mərkəzi Asiyada beynəlxalq ticarət üçün istifadə olunacaq. Daha sonra istifadəsi Cənub-Şərqi Asiya və Yaxın Şərq ölkələrinə genişlənəcək.