Son 4 ayda ARDNF-dən dövlət büdcəsinə transfert 4 579,1 milyon manat təşkil edib

14:09 - 5.05.2025


5 may, Fineko/abc.az. 2025-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfert 4 579,1 milyon manat təşkil edib.

ABC.AZ xəbər verir ki, transfertin həcmi proqnoza qarşı 247,9 milyon manat və ya 5,1 faiz az icra edilib.

Cari il ARDNF-dən dövlət büdcəsinə transfert 14 mlrd. 481 mln. manat nəzərdə tutulub.